Tiramisu ( keks ilə)

Ərzaqlar 

( Keks üçün )

 

4 ədəd yumurta

1 stəkan şəkər tozu

1 stəkan un

3 xörək qaşığı kakao

1 paket qabartma tozu

1 paket vanillin

 

Tiramisu üçün lazım olan ərzaqlar

 

1 lt süd

7 xörək qaşığı un

1 yumurta sarısı

250 qr mascarpone və ya 250 qr labne pendir

2 paket şəkərli vanillin

1 st şəkər tozu

 

Keksi islatmaq üçün

2 çay qaşığı qəhvə  ( nescafe )

1,5 stəkan su

4 çay qaşığı şəkər tozu

Üzəri üçün

Kakao

 

Hazırlanma qaydası

1.Keksi hazırlamaq üçün yumurta və şəkər tozunu 5 dəq mikserlə çaldıqdan sonra  üzərinə unu , kakaonu , qabartma tozunu ələyərək qarışdırırıq və vanilini əlavə edirik.

 

2.Yaxşıca qarışdırdıqdan sonra orta boy keks bişirmə qabına əlavə edirik .

 

3.Əvvəlcədən qızdırılmış 180 C dərəcəli sobada  bişiririk və soyuduruq.

 

4.Südü , şəkər tozunu , yumurta sarısını və unu bir qazana əlavə edib qarışdırırıq ki, toparlanmasın .

 

5.Sonra odun üzərinə qoyub qarışdıraraq qaynadırıq.

 

6.Qaynamağa başladıqdan sonra vanilini əlavə edib zəif odda qarışdırmağa davam edərək 4 dəqiqə də qaynadıb odun üzərindən götürürük.

 

tiramisu-cream-2.jpg

 

7.Odun üzərindən götürdükdən sonra pendiri əlavə edib yaxşıca qarışdırırıq.

tiramisu-and-cream-3.jpg

8.Qəhvəni , şəkəri və suyu qarışdırıq.

9.Bişirib soyutduğumuz keksi 2 hissəyə bölürük və üzərini isladırıq. ( qəhvə qarışığının yarısı ilə )

 

10.Daha sonra hazırladığımız kremin yarısını islatdığımız keksin üzərinə yayırıq .

 

11.Qalan keks hissəsini də kremin üzərinə yerləşdirib yenidən isladırıq və üzərinə qalan kremi çəkirik. Üzərinə dekor üçün  torba ilə də krem sıxa bilərsiniz.

 

 

12.Ən az 2-3 saat gözlətdikdən sonra üzərinə kakao səpirik.

 

13.Tiramisunuz hazırdır . Nuş olsun!

tiramisu1-www.melekkadin.com-1.jpg

 

 

 

2 thoughts on “Tiramisu ( keks ilə)

Bir şərh yazın