Alman tortu

Ərzaqlar

( Keks üçün )

3 yumurta
1 stəkan şəkər tozu
1 xörək qaşığı qatıq
½ stəkan duru yağ
½ stəkan süd
2 stəkan un
1 paket qabartma tozu
1 çay qaşığı  vanilin
 
Krem üçün ərzaqlar

3 stəkan süd
2 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 yumurta
4 xörək qaşığı şəkər tozu
1 çay qaşığı vanilin
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı qaymaq
 
Zövqə görə

Ara hissəyə çiyələk , ərik, şaftalı və s.meyvələrdən hər hansı birini doğrayıb düzə bilərsiniz.

Üzəri üçün

Şəkər kirşanı

Hazırlanma qaydası

1.Bir qabda  yumurta və şəkər tozunu  mikserlə yaxşıca qarışdırın , ardınca sırayla duru  yağ və qatığı  əlavə edib bütün ərzaqlar yaxşıca  qarışana qədər qarışdırın.

2.Ayrı bir qabda un, qabartma tozu və vanilini ələyin. Quru ərzaqları yumurtalı qarışığa əlavə edib qaşıqla xəmiri yavaşca qarışdırın.

3.Alınan  xəmiri sobanın qabına töküb əvvəlcədən qızdırılmış 190 C dərəcəli sobada 20-25 dəq bişirin.

 

Kremin hazırlanma qaydası.

1.Bir qazana  süd, şəkər tozu, un, nişasta və yumurtanı əlavə edərək yaxşıca qarışdırın  və odun üzərinə qoyun.

2.Qatı məhlul olana qədər ara vermədən qarışdırın .

3.Tam hazır olduqdan sonra odun üzərindən götürüb kərə yağı və vanilini əlavə edib qarışdırın.Üzərini streçlə örtüb kənara soyumağa qoyun.

4.1 xörək qaşığı  qaymağı mikserlə çalıb qabardın.  Soyuyan kremlə qarışdırıb yaxşıca çalın  və krem torbasına yığın.

Son mərhələ 

1.Bişirib soyutduğumuz keksi iki hissəyə ayırırıq.

2.Hazırladığımız kremi  keksin bir hissəsinin üzərinə çəkirik. İstədiyimiz meyvələrdən bura düzürük.

3.Qalan keks hissəsini üzərinə örtürük.Sonda üzərinə bolluca şəkər kirşanı səpirik.

4. Nuş olsun : )

 

alman-pastasi-tarifi

Advertisements

3 thoughts on “Alman tortu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma