Südlü kokteyl ( Mİlkshake )

Salam , əziz bloq izləyicilərim. Nəhayət ki, yeni reseptlərimlə sizlərin qarşısındayam : ) Bilirəm  ki , dadlı şirniyyatlar , desertlər üçün çox darıxmısınız . İsti keçən yay günlərində həm sərinləmək , həm də fərqli nəsə dadmaq istəyirsinizsə bu resepti sınayın . Çox asand hazırlanır və az vaxt aparır .

Ərzaqlar 

1 stəkan soyuq süd

4 xörək qaşığı  dondurma

4-5 ədəd buz parçası ( istəyə görə )

1 çay qaşığı şəkər tozu

yarım paket vanilin

zövqə görə hər hansı bir giləmeyvə və ya kakao

Hazırlamaq üçün  – blender

Hazırlanma qaydası 

1.Əvvəlcə istəyə görə seçdiyiniz meyvəni blenderdə püre halına gətirin.

2.Daha sonra südü , dondurmanı və digər ərzaqları əlavə edin.Əgər daha qatı bir qarışıq əldə etmək istəyirsinizsə dondurmanın miqdarını artırın.Əksinə daha sulu bir qarışıq istəyirsinizsə südün miqdarını artırın.

3.Zövqə görə şokolad sousu və  ya şokoladlı , karamelli peçenyə də əlavə edib qarışdıra bilərsiniz.

4.Bütün ərzaqları blenderdə qarışdırdıqdan sonra servis edə bilərsiniz . Dekor üçün hazırladığınız  meyvədən və nanə yarpaqlarından istifadə etmək olar .

Hər kəsə nuş olsun !

Bogurtlenli-Smoothie-Tarifi

Advertisements

4 thoughts on “Südlü kokteyl ( Mİlkshake )

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma