Qaz ayağı

Heç qaz ayaqlarının dadına baxmısınız ? : ) Sizə qəribə səslənər bəlkə  də  ,amma düz oxudunuz .Bəli , Qaz ayağı 😉 .Bu gün sizlərlə bu fərqli resepti paylaşacam. İstər çayla , istərsə də səhər yeməyində süd ilə birgə dadına baxın. Çox bəyənəcəksiniz indidən deyim. Vaxt itirmədən reseptə keçək. 😃 Bilirəm  həyəcanlandınız ki , bu resept necedir görəsən bu qədər tərifləndi. 😉

image

Ərzaqlar

1 kq orta yağlılıqda kəsmik
1 kq kərə yağı və ya marqarin
350 qr şəkər tozu
6 ədəd yumurta
1,5 kq un
30 qr qabartma tozu
1 paket vanilin
İstəyə görə 500 qr kişmiş əlavə edə bilərsiniz .Dadlı olur

Hazırlanma qaydası

1.Otaq temperaturunda olan yağı kəsmiklə qarışdırıb  yaxşıca yoğururuq.

2. Sonra şəkər tozundan başqa qalan ərzaqları  da ardıcıllıqla əlavə edib xəmiri  yoğururuq- (yumurta , vanilin, qabartma tozu, unu).

image

3.Alınan xəmiri yayıb dairə formasındakı qəliblə kəsirik.

4. Bu dairə formasıdakı xəmirlərin  hər iki üzünü şekər tozuna batırıb 2 defe qatlayırıq.

5. Qaba düzüb  150-180 C dərəcədə üzəri qızaranadək bişiririk. Hazırdır : ) Nuş olsun !

Advertisements

7 thoughts on “Qaz ayağı

  1. Adını oxuyanda elə bildim qazın ayağını bişirmisiniz. Resept açılanda isə şirniyyat gördüm. Əlləriniz dərd götməsin. Bundan mən də hazırlayıram, çox dadlıdır. Mən darçın da əlavə edirəm. “Darçınlı peçenye” adıyla bloqda da dərc etmişəm.

    tərəfindən bəyənildi 1 şəxs

    1. Siz də sağ olun təşəkkürlər. Bu cür peçenye , qurabiyələrin tərkibi təqribi eyni olur. Kimisi ədviyyatla dadını dəyişir. Kimisi hər hansisa ərzaqla. Bu şirniyyat rusiya mətbəxindəndir.Adı da Qaz pəncəsi ( ayaqı) dir. Sevinc xanımın da hazırladığı eladır. Darçının ətri dadını artırır.

      Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma