Salam , əziz bloq izləyicilərim. Nəhayət ki, yeni reseptlərimlə sizlərin qarşısındayam : ) Bilirəm ki , dadlı şirniyyatlar , desertlər üçün çox darıxmısınız . İsti keçən yay günlərində həm sərinləmək , həm də fərqli nəsə dadmaq istəyirsinizsə bu resepti sınayın . Çox asand hazırlanır və az vaxt aparır .
Ərzaqlar
1 stəkan soyuq süd
4 xörək qaşığı dondurma
4-5 ədəd buz parçası ( istəyə görə )
1 çay qaşığı şəkər tozu
yarım paket vanilin
zövqə görə hər hansı bir giləmeyvə və ya kakao
Hazırlamaq üçün – blender
Hazırlanma qaydası
1.Əvvəlcə istəyə görə seçdiyiniz meyvəni blenderdə püre halına gətirin.
2.Daha sonra südü , dondurmanı və digər ərzaqları əlavə edin.Əgər daha qatı bir qarışıq əldə etmək istəyirsinizsə dondurmanın miqdarını artırın.Əksinə daha sulu bir qarışıq istəyirsinizsə südün miqdarını artırın.
3.Zövqə görə şokolad sousu və ya şokoladlı , karamelli peçenyə də əlavə edib qarışdıra bilərsiniz.
4.Bütün ərzaqları blenderdə qarışdırdıqdan sonra servis edə bilərsiniz . Dekor üçün hazırladığınız meyvədən və nanə yarpaqlarından istifadə etmək olar .
Hər kəsə nuş olsun !
Meyve ve dondurma qarisigini kim istemez??? Tesekkurler:)) :*
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Size de teşekkürler :* beyendiyinize sevindim.
BəyənBəyən
Ellerinize sağlık çok güzel görünüyor 🙂
Bəyəntərəfindən bəyənildi 3 şəxs
Güzel gören gözlerinize saglık sizlerinde .tesekkurler
Bəyəntərəfindən bəyənildi 1 şəxs