Moxito ( Alkoqolsuz )

Ərzaqlar

1 xörək qaşığı qəhvəyi rəng şəkər tozu  ( olmazsa normal şəkər tozu )

1 kiçik dəstə nanə

3 ədəd yaşıl limon ( lime )

qazlı su

Hazırlanma qaydası 

1. Kiçik bir qabda nanə yarpaqları və şəkər tozunu birlikdə əzirik.

2.Sonra isə 2 ədəd kokteyl stəkanının hər birinə bir ovuc buz qırıntısı əlavə edirik.

3. Üzərinə əzdiyimiz nanə yarpağı , şəkər qarışımını və sıxılmış limon suyunu əlavə edirik.

4. Sonda qazlı suyu da əlavə edirik.

5. Servis üçün limon və ya nanə yarpağından istifadə edirik .

Nuş olsun !

thebar-spiced-mojito-capt-morgan-spiced-rum-1425x950$$069A0000001Kj7uIAC.jpg

thebar-gin-mojito-tangueray-1425x950$$069A0000001Kj84IAC.jpg

virgin-mojito-juiced-19902401_m.jpg

 

Bir şərh yazın