Darçınlı Fransız Bulkası

Ərzaqlar

2,5 çay qaşığı quru maya

0,5 st ilıq süd

1\4 st şəkər tozu

2 yumurta

0,5 çay qaşığı duz

4 xörək qaşığı marqarin / kərəyağı

3 st un

İçlik ərzaqlar 

1\4 st şəkər tozu

1 xörək qaşığı darçın

2 xörək qaşığı marqarin/ kərəyağı

Üzəri üçün 

ağ şokolad

Hazırlanma qaydası 

  1. Maya, şəkər tozu , ilıq südü qarışdırın. Bir neçə  dəqiqə  gözlədin.  Qarışığın içinə yumurtaları bir -bir əlavə edin. Duzunu da əlavə edib , qarışdırın. Daha sonra unu əlavə edib  qarışdırın. Yağı da yavaş yavaş əlavə edin . Yaxşıca yoğurun . Hazırladığınız xəmiri bir saat mayalandırın
  2. Mayaladığınız xəmiri unlanmış sahəyə dörtbucaq formada yayın.  İçliyi hazırlamaq üçün ərzaqları bir qazana əlavə edib bişirin və fırça ilə xəmirin üzərinə yayın.
  3. Daha sonra bu xəmiri 3 barmaq enində lent şəklində kəsin  və rulet kimi bükün.
  4. Hazır olan rulet xəmirləri yan -yana soba qabına düzün. 170 dərəcəli sobada 30 dəqiqə bişirin. Bişib hazır olduqdan ilıq halda üzərinə ağ şokolad tökün .

 

SprinkleBakes Fair Trade Skillet Cinnamon Roll 4.jpg

 

0f088db0f481a6443126c6c428d22402.jpg

149328033_xs

 

Hər kəsə nuş olsun !

Bir şərh yazın