Paxlava

shutterstock_247660432-compressed

Salam, əziz xanımlar, Torpaq  çərşənbəsinə sayılı günlər qalmış sizlərlə Paxlava reseptini paylaşıram. Artıq evlərimizdən şəkərbura, paxlavanın qoxusu gəlməyə başlayıb. Şəffaf görünüşlü, ləzzəti damaqlardan getməyən Paxlava istəyirsinizsə diqqətiniz burda olsun.

 

Ərzaqlar

Xəmir üçün

1kq un

250 qr kərə yağı

2 ədəd yumurta

110 qr xama

0,5 çay qaşığı duz

0,5 çay qaşığı vanilin

1 çay qaşığı quru maya

0,5 çay qaşığı sarıkök

250 ml süd (1 st)

İçlik üçün

500 qr qabığı təmizlənmiş qoz ləpəsi

500 qr şəkər tozu

1/ 4 çay qaşığı hil

0,5 çay qaşığı vanilin

Yağlamaq üçün 

500 qr kərə yağı

Şərbət üçün

2 st şəkər tozu

1 st su

 2-3 damcı limon suyu (şəffaf olması üçün)

1-2 xörək qaşığı bal

Üzəri üçün 

2 ədəd yumurta sarısı

qoz və ya fındıq ləpəsi

Hazırlanma qaydası

1.Süd, sarıkök, vanilin , duzu qaba əlavə edib  qarışdırıq.

2. sonra xama , yumurta və yağı əlavə edirik.Mayanı töküb həll edirik ,unu yavaş -yavaş əlavə edib qarışdırırıq. Yumşaq xəmir yoğururuq. Üzərini örtüb 10-15 dəq dincəlməyə qoyuruq.

İçliyin hazırlanması

Bundan əvvəlki yazımda qeyd olunub. Bir fərqi odur ki, şəkərburada fındıq ləpəsi istifadə olunur.

3. Alınan xəmirdən 15 kündə hazırlayırıq. Bu kündələrin 2-si digərlərindən bir az böyük olmalıdır ( alt və üst qatın xəmiri qalın olmalıdır.) .

4. Sobanın qabını fırça ilə yağlayırıq. Ayırdığımız böyük kündələrdən birini yayıb səririk yağladığımız qaba .

5. Daha sonra bundan kiçik olan kündələrdən birini yayıb səririk bu qatın üzərindən.

6. Yaydığımız bu xəmiri fırça ilə yağlayıb üzərinə 1 stəkandan bir az az miqdarda içlik tökürük .

7. Bu cür bütün kündələri yayıb , yağlayıb üzərinə içlik əlavə edirik.

8. Son 14-cü nazik kündəni yayıb yağlayırıq amma bu dəfə içlik tökmürük.Bunun üzərindən əvvəlcədən dediyimiz kimi qalan böyük kündəni bura yayırıq.

9.Kənarlarını səliqəyə salıb  15-20 dəq soyuduca saxlayırıq.

10. Soyuducudan çıxarıb romb şəklində kəsirik üzərinə fırça ilə yumurta sarısı çəkib qoz və ya fındıq ləpəsi düzürük.

IMG_8415.JPG

IMG_8444.JPG

283231_39316-640x480

11. Əvvəlcədən qızdırılmış  180 C dərəcəli sobada üzəri azca qızaranadək bişiririk. Sonra sobadan çıxarıb üzərinə ərinmiş kərə yağını  (500 qr ) hərtərəfli tökürük. ( İstəyə görə yağı əridərkən  içərisinə zəfəran da tökə bilərsiniz. Paxlavaya azca  sarımtıl rəng verir ) Sobanın temperaturunu 150 C dərəcəyə endiririk.

Şərbətin hazırlanması 

Şəkər tozu və suyu qazana əlavə edirik. Qaynara düşdükdən sonra 2-3 dəq qaynadıb götürürük.Şərbətin qəndləşməməsi üçün azca limon suyu əlavə edirik. Paxlavanızın daha parlaq olması üçün isə şərbətə 1-2 xörək qaşığı bal da əlavə edə bilərsiniz.

12. Üzəri tam qızarana yaxın sobadan çıxarıb şərbət əlavə edirik.

1350892763_paxlava

13. Tam soyuduqdan sonra qabdan çıxara bilərik. Nuş olsun !

Пахлава_DSC3172

BFvX7hCCAAAIm93.jpg

Advertisements

4 thoughts on “Paxlava

  1. Reseptləri tam ətraflı yazıb paylaşdığın üçün təşəkkürlər canım. Naməlum heçnə qoymursan qalsın. Çox sağ ol:*:)) Heç vaxt özüm hazırlamamışam paxlava,şəkərbura. Ama lap həvəsə düşdüm:))

    tərəfindən bəyənildi 1 şəxs

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma