Coco Star

image

Ərzaqlar

( Keksin xəmiri üçün )

3 ədəd yumurta ( 1yumurtanın ağı içlik üçün istifadə olunacaq )
1 stəkan şəkər tozu
4 xörək qaşığı kakao
1 stəkandan az duru yağ
1 stəkandan az süd 1,5 stəkan un 1 paket qabartma tozu

İçlik üçün

1 ədəd yumurta ağı
1 stəkan kokos
1 stəkandan artıq şəkər pudrası
1 çimdik duz

Hazırlanma qaydası

1.Əvvəlcə içliyi hazırlayaq. Yumurtanın ağını bir qaba əlavə edib bir çimdik duz ilə mikserlə yaxşıca çalırıq.Sonra şəkər kirşanını əlavə edib yenidən çalırıq.

2.Daha sonra kokosu əlavə edib qarışdırırıq və bu qarışıqdan kiçik toplar düzəldirik.Toplar yaxşı yumrulanmalıdır ki, dağılmasın.Əgər dağılarsa bir az şəkər kirşanı əlavə edib bərkidə bilərsiniz.

3.Topları hazırladıqdan sonra soyuducunun buzluğunda saxlayırıq.

4.Keksi hazırlamaq üçün 2 yumurta və 1 yumurtanın sarısını qaba əlavə edib qeyd olunan miqdarda şəkər tozu ilə birgə köpük kimi olana qədər ( təqribi 5 dəq ) mikserlə çalırıq.

5.Kakaonu əlavə edib qarışdırdıqdan sonra maye halında olan ərzaqları əlavə edirik.

6.Daha sonra unu və qabartma tozunu ayrı bir qaba ələyib qarışdırıb bu qarışığa əlavə edirik.

7.Məhlul hazır olduqdan sonra keks qabını yağlayıb, unlayırıq ki , keks yapışmasın.

8.Hazır olan kütlənin yarısını keks qabına əlavə edirik və soyuducuda olan kokos toplarını sıra ilə üzərinə düzürük. Qalan kütləni də üzərinə əlavə edirik.

image

9.Əvvəlcədən qızdırılmış 180 C dərəcəli sobada 40 dəqiqəyə yaxın bişiririk.

10. İlk 25 dəq sobanın ağzını açmayın ki, keks yaxşı qabarsın. Daha sonra isə bişməyinə nəzarət edin . ( Unutmayın ki, hər sobanın bişirmə dərəcəsi və vaxtı fərqli ola bilər.)

11. Bişirib soyutduqdan sonra doğrayın. Nuş olsun 🙂

image

image

 

 

Advertisements

4 thoughts on “Coco Star

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma