Ramazan Çörəyi

Salam , blog izləyicilərim . Ramazanın gəlişi ilə hər bir evdə iftar sevinci yaşanır. Mənim fikrimcə  süfrənin baş tacı çörəkdir . Ona görə qərar verdim ki, bu gün sizlərlə bu çörək reseptini paylaşım. Evdə öz əllərinizlə həm sərfəli , həm də dadlı çörək hazırlamaq istəyirsinizsə bu resepti qaçırmayın. İftar süfrənizin çörəyi sizin əlinizlə hazırlansın . Süfrələrinizdən ruzi- bərəkət əksik olmasın !

Ərzaqlar

Bir paket  quru maya (25 qr )

2 st ilıq  süd

yarım çay qaşığı şəkər tozu

yarım st ilıq  su

yarım st duru yağ 

1 xörək qaşığı duz

5 ,5 st   un su bardağı un (lazım olarsa artıq əlavə edin )

Xəmiri formaya salmaq üçün

1 yemek kaşığı un
5-6 yemek kaşığı su
(unu və suyu  qarışdırın  .Duru bir qarışıq alınmalıdır.)

Üzəri üçün 

1  yumurta sarısı
1 xörək qaşığı duru yağ
1 xörək qaşığı süd
1 çay qaşığı qatıq
ağ və qara çörəkotu

Hazırlanma qaydası

1.Dərin bir qaba maya, süd və şəkər tozunu əlavə edib 10 dəqiqə  gözlədirik (maya əriyənə qədər).

2.Sırayla digər  ərzaqlar da əlavə olunur. Xəmir yoğrulur və  40 dəqiqə mayalanması  üçün gözlədirik  (alınan xəmir ələ yapışmayan və yumşaq olmalıdır ).

3.Xəmir  2 və ya 3 hissəyə bölünür. Hər hissə un səpilərək yayılır və yağlanmış qaba yerləşdirilir. ( istədiyiniz formada)

4.Əlimizi unlu, sulu qarışığa vuraraq əvvəlcə kənarlarını sonra orta hissəsini  paxlava formasında içəri batırırıq.( Bunu edərkən hər dəfəsində əlimizi unlu sulu qarışığa batırırıq ki, çörəklər bişərkən üzərindəki formasını itirməsin.)

 5.Yayıb formaya saldığımız xəmiri  yarım saat mayalanması üçün gözlədirik və təkrar forma verdiyimiz hissələrin üzərindən  əlimizlə bir də keçirik . Çəngəllə deşiklər açırıq ki , hava qalmasın , yaxşı bişsin.

6.Yuxarıda  qeyd olunan ərzaqları qarışdırıb üzərinə çəkirik və bol çörəkotu səpirik.

7.Əvvəlcədən qızdırılmış 200 º C -də üzəri qızaranadək bişiririk.

 

collage11.jpg

ekmek

Hər kəsə nuş olsun !
Advertisements