Ramazan Çörəyi

Salam , blog izləyicilərim . Ramazanın gəlişi ilə hər bir evdə iftar sevinci yaşanır. Mənim fikrimcə  süfrənin baş tacı çörəkdir . Ona görə qərar verdim ki, bu gün sizlərlə bu çörək reseptini paylaşım. Evdə öz əllərinizlə həm sərfəli , həm də dadlı çörək hazırlamaq istəyirsinizsə bu resepti qaçırmayın. İftar süfrənizin çörəyi sizin əlinizlə hazırlansın . Süfrələrinizdən ruzi- bərəkət əksik olmasın !

Ərzaqlar

Bir paket  quru maya (25 qr )

2 st ilıq  süd

yarım çay qaşığı şəkər tozu

yarım st ilıq  su

yarım st duru yağ 

1 xörək qaşığı duz

5 ,5 st   un su bardağı un (lazım olarsa artıq əlavə edin )

Xəmiri formaya salmaq üçün

1 yemek kaşığı un
5-6 yemek kaşığı su
(unu və suyu  qarışdırın  .Duru bir qarışıq alınmalıdır.)

Üzəri üçün 

1  yumurta sarısı
1 xörək qaşığı duru yağ
1 xörək qaşığı süd
1 çay qaşığı qatıq
ağ və qara çörəkotu

Hazırlanma qaydası

1.Dərin bir qaba maya, süd və şəkər tozunu əlavə edib 10 dəqiqə  gözlədirik (maya əriyənə qədər).

2.Sırayla digər  ərzaqlar da əlavə olunur. Xəmir yoğrulur və  40 dəqiqə mayalanması  üçün gözlədirik  (alınan xəmir ələ yapışmayan və yumşaq olmalıdır ).

3.Xəmir  2 və ya 3 hissəyə bölünür. Hər hissə un səpilərək yayılır və yağlanmış qaba yerləşdirilir. ( istədiyiniz formada)

4.Əlimizi unlu, sulu qarışığa vuraraq əvvəlcə kənarlarını sonra orta hissəsini  paxlava formasında içəri batırırıq.( Bunu edərkən hər dəfəsində əlimizi unlu sulu qarışığa batırırıq ki, çörəklər bişərkən üzərindəki formasını itirməsin.)

 5.Yayıb formaya saldığımız xəmiri  yarım saat mayalanması üçün gözlədirik və təkrar forma verdiyimiz hissələrin üzərindən  əlimizlə bir də keçirik . Çəngəllə deşiklər açırıq ki , hava qalmasın , yaxşı bişsin.

6.Yuxarıda  qeyd olunan ərzaqları qarışdırıb üzərinə çəkirik və bol çörəkotu səpirik.

7.Əvvəlcədən qızdırılmış 200 º C -də üzəri qızaranadək bişiririk.

 

collage11.jpg

ekmek

Hər kəsə nuş olsun !
Advertisements

Kinder Delice

 

Ərzaqlar

( Keks üçün )

4 ədəd  yumurta ( ağı və sarısı ayrılacaq )

 1 stəkan  şəkər tozu

 1 stəkandan az süd 

1 stəkandan az duru yağ

 1,5 stəkan un

1 paket qabartma tozu

1 paket  vanilin

2 xörək  qaşığı kakao

1 çimdik duz

Krem üçün

2 qutu qaymaq ( təqribi 400 qr )
2 paket krem şanti
2 xörək qaşığı bal 
1 çay qaşığı limon suyu

Hazırlanma qaydası

1.Yumurtanın sarısı və ağını ayırın.

2.Yumurtanın sarısını şəkər tozu ilə krem halına gələnə qədər yaxşıca çalın.

3.Südü , duru yağı əlavə edib çalın, unu qabartma tozunu, vanilini və kakaonu əlave edib qarışdırın.

4.Yumurtanın ağını bir çimdik duz ilə qar kimi olanadək çalın və keks xəmirinə əlavə edib taxta qaşıqla qarışdırın.

5.Hazırladığımız xəmiri iki hissəyə bölün və hər bir hissəni yağlı kağız sərilmiş ayrı 2 soba qabına tökün . ( Yağlı kağıza azca marqarin sürtün ki, keks nazik olduğu üçün yapışmasın.)

6.Əvvəlcədən qızdırılmış 180 º C -li sobada 10 dəq bişirin.

7.Kremi üçün verilən ərzaqların hamısını bir yerdə mikserlə çalın və soyuducuya yerləşdirin.

8.Soyuyan kekslərin arasına kremi bərabər şəkildə yayırıq. Ən az 3 saat soyuducuda ( 1 gün saxlasanız daha yaxşı alınar) saxladıqdan sonra doğrayırıq.

fetta-a-latte-480x400

9.Soyuduqdan sonra soyuducudan çıxardıb səliqəli doğrayırıq. Hər kəsəndə bıçağı silin ki, krem hissəyə keksin qırıntıları yapışmasın .
Hazırdır . Nuş olsun !

hd650x433_wm

 

 

 

 

 

Kakaolu Dondurma

Əziz , bloq izləyicilərim, bildiyiniz kimi bu gün Uşaqların Beynəlxalq müdafiəsi günüdür. Qərara gəldim ki, bu günə məxsus olaraq  uşaqların ən sevdiyi dondurma reseptini sizlərlə paylaşım. (p.s. Uşaqlar bizim gələcəyimizdir. Onları müdafiə etmək bizlərin  borcudur. Əziz , balalarımız ,Bayramınız mübarək ! )

 

Continue reading “Kakaolu Dondurma”

Pəhriz Qurabiyəsi ( Yulaflı )

Əziz, xanımlar artıq yaz fəsli gəldi və qışdan qalan artıq çəkiləri atmaq üçün çoxumuz pəhrizə başladı. Pəhriz ərzində bəzilərimiz çörəkdən imtina edirik , bəzilərimiz  də şirniyyatdan. Lakin bir müddət sonra ürəyiniz şirniyyat istəyir və istəmədən pəhrizi pozursunuz. Bu gün sizlərlə paylaşacağım reseptlərlə pəhrizi pozmağa ehtiyac qalmayacaq. Həm orqanizminizin şəkər ehtiyacını qarşılayacaqsınız , həm də pəhriziniz davam edəcək : ) Tez keçək reseptə . İndidən hər kəsə nuş olsun. İnsAllah heç birinizin pəhrizə ehtiyacı qalmaz. İncə,gözəl , sağlam olmağı arzu edirəm : )  Continue reading “Pəhriz Qurabiyəsi ( Yulaflı )”