Kakaolu Dondurma

Əziz , bloq izləyicilərim, bildiyiniz kimi bu gün Uşaqların Beynəlxalq müdafiəsi günüdür. Qərara gəldim ki, bu günə məxsus olaraq  uşaqların ən sevdiyi dondurma reseptini sizlərlə paylaşım. (p.s. Uşaqlar bizim gələcəyimizdir. Onları müdafiə etmək bizlərin  borcudur. Əziz , balalarımız ,Bayramınız mübarək ! )

 

Ərzaqlar

1 lt süd
1,5  xörək qaşığı qarğıdalı  nişastası
1 st şəkər tozu
4-5 xörək qaşığı kakao
1 paket sadə krem şanti
1 paket vanilin

Hazırlanma qaydası

1.Bir qazana süd və şəkər tozunu  əlavə edib təqribi 10-15 dəqiqə qaynadırıq.
2.Ayrı bir qabda nişastaya çox az miqdarda süd əlavə edib  həll edirik.
3. Həll etdiyimiz nişastanı qaynamaqda olan südə  yavaş -yavaş töküb, qarışdıraraq yenidən qaynadırıq.
4. Bir az qaynatdıqdan sonra odun üzərindən götürürük.
5. Otaq temperaturuna qədər  soyuyan südün üzərinə   kremşantini əlavə edib  mikserlə çalırıq.
6.Qatılaşana qədər çaldıqdan sonra alınan kütlənin yarısına kakao əlavə edirik.
7. Yarısı kakaolu , yarısı sadə olaraq soyuducunun buzluğunda  15 dəq dondururuq.
8. 15 dəq dondurduqdan sonra soyuducudan çıxardıb yenidən mikserlə qarışdırırıq.
9. Daha sonra təkrar buzluğa qoyuruq. Bir gecə dondurduqdan sonra buzluqdan çıxardıb servis edə bilərsiniz. Nuş olsun !
Chocolate-Ice-Cream-6.jpg
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma