Cheesecake ( limonlu )

 

Ərzaqlar

5 xörək qaşığı kərə yağı

50 qr sadə peçenye

250 gram pendir ( labne pendir.)

1,5 stəkan şəkər tozu

¾stəkan süd

1 stəkan süzmə qatıq

¼stəkan un

4 yumurta

1 xörək qaşığı limon suyu

1 çay qaşığı rəndələnmiş limon qabığı

2 paket vanilin

Hazırlanma qaydası (xəmir hissənin )

  1. Peçenyeləri çox əzmədən xırdalayın və kərə yağını əlavə edin.
  2. Əlinizlə yavaşca qarışdıraraq yağı peçenyelərə tam  hopdurun.
  3. Alınan kütləni kənarı kilidli soba qabına yayın və  qaşıqla yastılayıb yerini bərkidin. Bu formada soyuducuya yerləşdirin.

Kremin  hazırlanması

Cheesecake-in  xəmir hissəsi soyuducuda gözləyərkən kremi hazırlayın.

1. Pendiri və şəkər tozunu əlavə edərək mikserlə yaxşıca çalın.

2.Şəkər  tozu tam əridikdən sonra südü əlavə edin.

3.Daha sonra yumurtaları əlavə edib ən yüksək dövriyyədə mikserlə qarışdırın.

4.Sonda qatığı , vanilini, unu , limon suyunu və qabığını əlavə edib  krem alınana qədər mikserlə qarışdırın.

5.Soyuducudan qabı çıxarın  və  üzərini hazırladığınız kremlə doldurun.

6.Əvvəlcədən qızdırılmış  160 C dərəcəli sobada 1 saat bişirin.

7.Bişirib soyutduqdan sonra üzərinə hazır satılan limon sousu da tökə bilərsiniz , sadə olaraq da qala bilər.Zövqə görə : ) 

8.5-6 saat soyuducuda gözlətdikdən  sonra dilimləyib servis edin.

9. Dadlı cheesecake hazılamağın sirri onun bişirilmə üsulunda gizlidir..Üzərini qızartmadan hər tərəfini bərabər bişirin. Aşağı temperaturda , uzun müddətdə bişməlidir. 

10. Nuş olsun !

 

Advertisements

4 thoughts on “Cheesecake ( limonlu )

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma