Pəhriz Qurabiyəsi ( Yulaflı )

Əziz, xanımlar artıq yaz fəsli gəldi və qışdan qalan artıq çəkiləri atmaq üçün çoxumuz pəhrizə başladı. Pəhriz ərzində bəzilərimiz çörəkdən imtina edirik , bəzilərimiz  də şirniyyatdan. Lakin bir müddət sonra ürəyiniz şirniyyat istəyir və istəmədən pəhrizi pozursunuz. Bu gün sizlərlə paylaşacağım reseptlərlə pəhrizi pozmağa ehtiyac qalmayacaq. Həm orqanizminizin şəkər ehtiyacını qarşılayacaqsınız , həm də pəhriziniz davam edəcək : ) Tez keçək reseptə . İndidən hər kəsə nuş olsun. İnsAllah heç birinizin pəhrizə ehtiyacı qalmaz. İncə,gözəl , sağlam olmağı arzu edirəm : ) 

 

Ərzaqlar

1 stəkan yulaf 

1 ədəd banan

1 ədəd yumurta 

qoz, kişmiş , xurma , incir qurusu və s .( hər hansı biri və ya hərəsindən  bir az )

1 çay qaşığı qabartma tozu

Darçın ,hil ( zövqə görə )

oatmeal-cookie-ingredients-photo-1024x682.jpg

Hazırlanma qaydası

1.Yumurtanın ağını mikserlə bir az çaldıqdan sonra içərisinə 1 ədəd banan əzib qatırıq.

2. Sonra isə qalan ərzaqların hamısını  əlavə edib qarışdırırıq. ( Quru meyvələrin miqdarını istəyə görə əlavə edə bilərsiniz. Pəhriz üçün edirsinizsə az miqdarda əlavə edin.)

3. Əlimizə yapışmayan hala gələnə qədər qarışdırırıq. Əgər əlinizə çox yapışsa bir az yulaf əlavə edin. 

4. Yağlı kağız sərilmiş qaba qurabiyə formasında düzürük. Əvvəlcədən qızdırılmış 180 C dərəcəli sobada  20-25 dəq bişiririk. 

oatmealcherry2.jpg

4efb52abb6163251_cookies.xxxlarge_1.jpg

 

 

Advertisements

11 thoughts on “Pəhriz Qurabiyəsi ( Yulaflı )

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma