Ekler

 

 

Ərzaqlar 

 

Ekler xəmiri üçün

2 stəkan  su

200 qr yağ marqarin

1 çimdik duz

2 stəkan un

8 yumurta

Krem üçün

1 st un 

1 st   şəkər tozu

1,5 st süd

1,5 st  su

1 paket vanilin

1 paket krem şanti

Qlazur üçün

100 qr kərə yağı

1/2 st şəkər tozu

3 xörək qaşığı xama

4 xörək qaşığı kakao

 

Kremin hazırlanma qaydası

1. Dərin bir qazana unu və şəkər tozunu qataraq qarışdıra -qarışdıra süd və suyu əlavə edirik. Orta dərəcəli odda qaynayana qədər qarışdıraraq bişiririk.  ( Bişdikdən sonra krem qatı bir halda olacaq . bele de olmalıdır. )

2. Daha sonra vanilini əlavə edib soyuyana qədər qarışdırırıq ki, daha da qatılaşsın.

3. Soyuyan kremə bir paket krem şantini əlavə edərək mikserlə qarışdırırıq. ( Tam qarışana qədər)

 

Xəmirin hazırlanma qaydası

1 .Suyu,duzu  və yağı bir qazana əlavə edib qaynadın .

2. Qaynayandan sonra odun üzərindən götürün,  unu əlavə edib tez -tez qarışdırın ilıq olanacan qalsın.

3. Sonra isə 8 yumurtanı bir – bir əlavə edib mikserlə yaxşıca çalın ki, açılsın.

4. Daha sonra alınan xəmiri sıxma torbaya doldurub yağlı kağız sərilmiş sobanın qabına uzunsov formada düzürük.

5. Əvvəlcədən qızdırılmış 180 C dərəcəli sobada 35 dəq bişirin.

6. Bişirib soyutduqdan sonra içərisinə krem doldururuq.

7. Üzərinə istəyə  görə qlazur əlavə edə bilərsiniz. 

recipe-blog7-001.jpg

eclair1.jpg

 

30558_Inline_mini_tiramisu_eclairs_8.jpg

 

Qlazurun hazırlanması 

    Bütün ərzaqları bir qaba töküb  dayanmadan qarışdıra- qarışdıra qaynadırıq. 3 dəq qaynadıqdan sonra odun üzərindən götürürük.  Qlazuru ilıq olaraq istifadə edirik. cox soyuduqda qatılaşır.  

ec6.jpg

 

 

Mini-Chocolate-Eclair.jpg

 

Nuş olsun !

 

 

 

 

 

 

 

Advertisements

6 thoughts on “Ekler

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma