Soba təmizliyi

 

Bayrama hazırlıq dövründə demək olar ki,  əksər xanımların ən yaxın dostu sobalar oldu. Həm yemək , həm də şirniyyatlarınızı hazırladığınız sobaların da təmizlənməyə ehtiyacı vardır. Bişərkən ətrafa sıçrayan yağ damcıları və s . qalıqlar sobalarda bakteriya artımına səbəb olur. Kimyəvi maddələr ilə  təmizlədikdə isə həmin zərərli toksiki maddələr sobaya hopur və bişirilən yemək və şirniyyatların üzərinə çökür. Ona görə də təbii yolla aparılan təmizlik və gigiyena sağlamlığımız üçündür.Mikrobları öldürmək istəyərkən istifədə etdiyimiz bəzi kimyəvi təmizləyici maddələrin tərkibindəki toksiki maddələr həm ətraf mühitə , həm də öz sağlamlığımıza zərər verir. Təmizləmə əsnasında kimyəvi zəhərlənməyə məruz qalmamaq üçün çox təsirli və təbii təmizlik vasitəsini evdə hazırlaya bilərsiniz. Çox ucuz başa gələn bu təmizliyin həm də sağlamlığınıza bir zərəri olmayacaq. 

 

Təmizləmək üçün

1,5 stəkan çay sodası 

1/4 stəkan alma sirkəsi 

lazım olan qədər su 

təmiz diş fırçası və ya təmizləmə fırçası

 

1 . Əvvəlcə sobanın içini boşaldıb qablarını ayrıca yuyun .

2. Daha sonra məcun formasında hazırladığınız qarışığı fırça ilə sobanın içinə  ( həm də yan hissələrinə ) çəkin.  Qapısını örtüb 7-8 saat bu vəziyyətdə gözlədin.

3. Gözlətdikdən sonra təmiz süngər və su ilə sobanın içini təmizləyin .

4. Kir və yağ ləkələri asanlıqla silinəcək. Tez -tez suyu dəyişib yenidən silin. Sonra qurulayın.

 

clean

Sobanın şüşə qapağını necə təmizləməli ?

1\4 stəkan çay sodası və suyu məcun formasında hazırlayıb sobanın qapağının şüşə hissəsinə bərabər yayın və 20 dəq gözlədin. Daha sonra süngərlə silin .Tərtəmiz olacaq. Sonra isə təmiz quru dəsmalla qurulayın . 

 

oven-cleaner-working-postjpg-728x728

Sobanızdakı xoşagəlməz qoxunu yox etmək üçün nə etməli ?

Bir qazana 1-2 litrə yaxın su əlavə edin və üzərinə 0,5 stəkan  sirkə ( Və ya limon suyu ) töküb qarışdırın. Bu qazanı sobaya qoyub sobanı qızdırın. Qaynadıqca buxarlanan su sobanızdakı xoşagəlməz qoxunu yox edəcək. 

 

firin_ici.jpg

 

 

 

Advertisements

6 thoughts on “Soba təmizliyi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma