Vanilla , yoxsa şəkərli vanilin ?!

     

   Vanilla ( vanil )  ilə  vanilin  demək olar ki , bütün şirniyyatlarda yer alır. Dondurma və şokoladlarda  da əlavə dadverici kimi istifadə olunur. Bəs , vanilla ilə marketlərdən paketlərdə satın aldığımız şəkərli vanilin eynidir? Xeyir. Tamamilə fərqlidirlər . Bunlar arasında fərq nədədir? 

 

images (8)

orchid-facts-3

     

     Vanilla ( vanil )  tropik bölgələrdə yetişən bəzi orxideya  növlərinin  meyvələrindən çıxarılan təbii bir xammaldır. Vanilin isə selüloza ilə birliktə  bitkinin odun hissəsinin təməlini  ve dözümlülüyünü təmin edən , kağız sənayesinin də  məhsulu olan  lignindən kimyəvi yolla əldə  edilen, sintetik bir qida qatqısıdır. Dünyada zəfərandan sonra 2ci bahalı ədviyyat vanilladır.Yığılması  çox işçi qüvvəsi tələb edən bir bitkidir.  Vətəni Meksikadır. 

      Çiçək açandan sonra 12 saat içində taxta bir alətlə əllə yığılır. Daha sonra meyvə verdikdə çubuqları yaşıl meyvə olarkən qopardılır.  Hələ dadı və qoxusu öz yerini tutmamış bu meyvələr isti suda saxlandıqdan sonra günəş işığında qurudulur. Daha sonra keyfiyyətlərinə , ölçülərinə görə quruplaşdırılır və 1-2 ay gözlədilir. Bundan sonra paketlənir və satışa hazır olur. Bu bitki   heç bir kimyəvi maddə və ya dərmanlardan istifadə edilmədən tam təbii yolla yetişdirilir buna görə də müştərilərə baha qiymətə gəlib çatır.

Şəkərli vanilin isə bir növ vanillanı təqlid edir. Kimyəvi yolla əldə edilən sintetik qatqı maddəsidir. Ağacda yerləşən sarımtıl yağlı aromatik maddədən ya da lignindən əldə edilir. Qoxusu vanillaya bənzəyir və qiymət olaraq dəfələrlə ucuzdur. Şəkərli vanilinin  tərkibində 0,1 % -ə qədər təbii vanilla olur.

final-vanilla-sugar.jpg

Vanilla bitkisinin qiyməti baha olsa da  əsrarəngiz, unudulmaz qoxusu var. Marketlərdə kiçik tubiklərdə tək çubuq formasında satılır.

İstifadə qaydası

      Çubuq bıçaqla  uzununa 2 hissəyə bölünür.  Alınan hissələri də iç tərəfdən bıçaqla sıyırırıq və hazırladığımız hər hansı şirniyyatlara əlavə edirik . Az miqdarda əlavə etsəniz kifayət edəcək.Çünki qoxusu , dadı qalıcıdır və tünddür. İçləri sıyrılmış vanilla çubuqlarını atmayın. Südü qaynadarkən içərisinə əlavə edib birlikdə qaynadın. Həm ləzzətli , həm də ətirli olacaq .

 

Bu vanilla çubuqlarını uzun müddət saxlamaq üçün isə bir üsul vardır.  Həm işinizə çox yarayacaq , həm də büdcənizə.

Deməli 250 ml arağa ( vodkaya ) 3-4  ədəd  uzununa 2 yə bölünmüş vanilla çubuğu atıb ağzı bağlı şüşə qabda saxlayırıq. Lazım olduqda bu məhluldan çay qaşığı ilə şirniyyatlara əlavə edirik. Narahat olmayın şirniyyat bişdikdə spirt məhlulu uçacaq və vanilla qoxusu  şirniyyatda qalacaq.

 

 

Bacardığınız qədər təbii məhsullara üstünlük verin. Sağlam həyat tərzi sürmək istəyirsinizsə çalışın az da olsa kimyəvilikdən uzaq durun.

Bəyəndiyiniz və izlədiyiniz üçün təşəkkürlər 🙂

 

 

 

 

 

 

 

 

 

3 thoughts on “Vanilla , yoxsa şəkərli vanilin ?!

    1. Doğru söyləyirsiniz razıyam sizinlə. Lakin bəzən aldığımız məhsulların gözəl görünüşə aldanırıq. Yazımda qeyd elədiyim kimi bacardıqca organikliyə , təbiiliyə üstünlük verək. Buna sadə misal olaraq ölkədə bölgələrdə təbii yetişdirilən məhsulları çox da alan olmur , amma xaricdən idxal edilən böyük , təmiz görünüşlü meyvə, tərəvəzlər süfrələrdə yer alır. Halbuki, bizim ölkədə təbii, organik məhsullar daha ucuzdur.

      tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın