Kokoslu Qurabiyə ( Unsuz )

 

Evdə ununuz qurtarıb?! Heç dərd etməyin . Unsuz da  şirniyyat hazırlamaq mümkündür 🙂 Bu reseptdən sonra tam əmin olacaqsınız.Bu günə çox az vaxt tələb edən ,həm də çox dadlı unsuz kokoslu qurabiyəmiz var. Kokosu sevən hər kəs bu qurabiyəni daha çox sevəcək. İndidən hər kəsə nuş olsun !

 

Ərzaqlar

240 qram  kokos 
240 qram şəkər tozu
2 xörək qaşığı kərə yağı
4 yumurta ağı

 

Bəzəmək üçün

200 qr şokolad yağı (və ya qlazur)

 

Hazırlanma qaydası

1.Kərə yağını bir tavada əridib üzərinə şəkər  tozu və kokosu əlavə edirik. Qarışdırırıq.

2. Sonra isə bu qarışığı başqa bir qaba töküb üzərinə yumurtanın ağını əlavə edərək qarışdırırıq.

3. Sobanın qabına yağlı kağız sərib alınan qarışığı  qaşıqla səliqəli qurabiyə formasında bura düzürük. ( nazik yaymayın ki, çox qurumasın .)

4. Əvvəlcədən qızdırılmış 180 C dərəcəli sobada bişiririk.

5. Bişirib soyutduqdan sonra qurabiyələrin alt hissəsinə şokolad yağı çəkirik. Üzərini də zövqə görə bəzəyirik.

 

dipping-macaroons-in-chocolate.jpg

 

IMG_0467edit.jpg