Almalı Tart ( Fransız üsulu )

 

11218599946_54978fcfa3_c.jpg

 

Dadlı, asand hazırlanan və professional görünüşə sahib olan bir şirniyyatdır. Qış fəslində sadə , yay fəslində isə dondurma ilə servis etmək olar. Resept uzun görünsə də hazırlanması çətin deyil.Başlayaq hazırlamağa : ) Yorulmayasınız.

 

 

Ərzaqlar

Xəmir üçün 

Kərə yağı və ya Marqarin   –  125 gr.

Şəkər tozu –   90 gr

Duz – 1 çimdik

1 paket vanilin

Yumurta   –  1 ədəd

Yumurta ağı   – 1 ədəd

AppleCakeIngredients.jpg

İçlik üçün

 

125 qr marqarin

100 qr şəkər tozu

2 ədəd yumurta

1 ədəd yumurta ağı

125 qr badam ( maşınnan çəkilmiş )

25 qr un

4 xörək qaşığı likör və ya konyak ( və ya 2 xörək qaşığı limon suyu)

Üzəri üçün

600 qr alma ( 4 ədəd )

3 xörək qaşığı şəkər tozu

Xəmirin hazırlanma qaydası

1. Bütün ərzaqları bir -birinə qarışdırın. ( yumurtadan başqa)

2. Yumurtaları əlavə edib yaxşıca yoğurun və sonra top şəklinə gətirin.

3. Bir az üstünü yastılayın və 30 dəq soyuducuda saxlayın.

 

 İçliyin hazırlanma qaydası

1.Yağ və şəkər tozunu tam qarışana qədər yoğurun və yumurtaları əlavə edib yenidən qarışdırın.

2.Daha sonra un və badamı töküb yoğurmağa davam edin və konyak və ya likörü  əlavə edib qarışdırın.

 

 Son mərhələ

1.Soyuducudan xəmiri çıxardıb yayın və yumru bir  soba qabına sərin.

 

03-22-2012-Silky-Peanut-Butter-and-Chocolate-Tart-step1-580x400

 

2.Hazırladığınız içliyi bura bərabər şəkildə yayın və 5-10 dəq soyuducuda saxlayın. Bu zaman ərzində almaları incə dilimləyin.

3. Soyuducudan çıxardıb üzərinə alma dilimlərini yerləştirin və üzərinə 3 xörək qaşığı şəkər tozu səpin.

4. 170 Cdərəcəli sobada 25-30 dəq bişirin.

5. Tartımız hazırdır .Nuş olsun !

10598290_A0.jpg

 

 

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma