Milli mətbəximizin ən dadlı təamlarından olan Novruz xonçalarının bəzəyi- Şəkərbura reseptini sizlərlə paylaşıram.Bayram yaxınlaşdıqca bütün evlərdə hazırlıqlar da başlayır.Əziz, xanımlar, dadlı, yumşaq xəmirli, bişdikdə rəngi göyərməyən şəkərburalar istəyirsinizsə bu resept tam sizə görədir.Yazılanlara əməl etsəniz istədiyiniz nəticəni əldə edəcəksiniz. Nuş olsun !
Ərzaqlar
Xəmir üçün
750 qr un
250 qr marqarin
340 qr yağsız və ya ortayağlı xama
2 ədəd yumurtanın sarısı
1 paket vanilin
bir çimdik duz
0,5 çay qaşığından az quru maya
İçlik üçün
500 qr qabığı təmizlənmiş ağ fındıq ləpəsi
500 qr şəkər tozu
1/4 çay qaşığı hil
0,5 çay qaşığı vanilin
Bəzəmək üçün
maqqaş
İçliyin hazırlanması
Tavada qovurub qabığını təmizlədiyimiz fındığı sürtgəcli maşından keçiririk və şəkər tozu , vanilin, hil ilə qarışdırırıq.
Hazırlanma qaydası
1. Əvvəlcə yağı sürtgəcdən keçirib un ilə birgə qabda yaxşıca qarışdırırıq.
2.Sonra qalan ərzaqları da bura əlavə edib xəmir yoğururuq.
3. Üzərini örtüb 15-20 dəq gözlədirik .
4. Daha sonra alınan xəmirdən hər biri 40 qr olmaqla kündələr ayırırıq.
5. Kündələri təqribi 10 sm diametrində yayıb, hər bir kündəyə 2 çay qaşığı içlik qoyub bükürük və üzərinə maqqaşla bəzək vururuq.
6. Bişirəcəyimiz qaba düzüb bir az (5-10 dəq ) dincəlməyə qoyuruq.
7. 150-160 C dərəcədə əvvəlcədən qızdırılmış sobada 20 dəq bişiririk. ( siz sobanıza uyğun 170-180 dərəcədə də bişirə bilərsiniz.Temperatur çox artıq olmamalıdır )
8. Diqqətli olun üstü qızarmasın. Altı qızarmalıdır, amma üzəri ağ qalmalıdır.
9.Soyuduqdan sonra boyatlamaması üçün ağzı bağlı bir qabda saxlayırıq.Bu cür saxladıqda daha da yumşaq olur. Bu şəkərbura xəmirinin hazırlanması digərlərindən bir az fəqlənir.Üstü açıq saxlamasanız bişirdikdən 1 həftə sonra da dadına baxanda yumşaq olduğunu görəcəksiniz.
Such a beautiful and delicate pastry! 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Thank you so much : ) Very tasty sweets
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Omg awesome! that sure needs some patience! lots of patience.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
: )) Yes .But they are very tasty.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Those are so pretty. I love the effect of the tweezers.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Thank you so much
BəyənBəyən
Why do you write your comments in English, girls?
BəyənBəyən
Səhv etmirəmsə siz azerbaycan dilini bilirsiniz. Ona gore sizə oz dilimizde yazacam ,Irinka xanim. Bacardığım qədər hər kəsin rəyinə cavab yazıram. Bizim dilimizi bilənlərə öz dilimizdə cavab yazıram . Aydın başa düşülməsi üçün xarici blogerlərə ingilis dilində cavab yazıram.
BəyənBəyən
Axşamınız xeyir. Şəkərbura çox sevdiyim şirniyyatdır. Kənarların büküşü xoşuma gəldi.
Bu İrinka olmaya mənim İrinkamdır?))
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Mən öz dilimizi də, İngilis dilini də gözəl bilirəm, Ramaşcan. Şərhlərin İngiliscə yazılmasına təəəccübləndim, o üzdən sualı ünvanladım. İngiliscə yazmaq mənim üçün problem deyil.
Paylaşdığınız üçün təşəkkür edirəm. Gözəl reseptlər təqdim edirsiniz. Elə paxlava, şəkərburalarınızı da bəyəndim. Allah halal ruzininizi əskik etməsin, siz də bişirməkdən yorulmayasınız.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağ olun , İrınka xanım.Allah razı olsun. Bilirdim ki,hər iki dili də bilirsiniz, sizin mənə ingilis dilində yazmağınız təəccüblü gəldi. Qaz ayağına da rəy yazmışdınız öz dilimizdə. Ona görə sizə cavabı da azerbaycan dilində yazdım. Təşəkkürlər.
BəyənBəyən
Təşəkkürlər:*:) yeri gəlmişkən qoğal, paxlavanı da paylaşsanız çox gözəl olar… Uşaqların və böyüklərin sevimli şirniyyatlarını paylaşdığınız üçün çooxx sağ olun:))
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağ ol Fatim : ** Bacardıqca paylaşacam .Bayram yaxınlaşdıqca baş qarışıq olur ona görə gec-gec paylaşımlar edirəm.İstəklərini yerinə yetirəcəm insAllah tezliklə.
BəyənBəyən
Hə, Seva, düz tapmısan mənəm. İmkan edim, mail-inə yazacam.
BəyənBəyən
Təşəkkürlər Sevinc xanım. Kənarların bükülüşü xəmirdən də asılıdır. Yaxşı xəmir səliqəli bükülür. Ele xəmir var ki , büküldükdən sonra kənarları çox quruyur.
BəyənBəyən
Çooo…..x sağ ol canım:* Allah razı olsun:))
Bəyəntərəfindən bəyənildi 1 şəxs
: * :* :*Sennen de insallah Fatim
BəyənBəyən
Şəkərbura reseptini paylaşdığınız üçün təşəkkürlər.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağ olun Türkan xanım. Kömək ola bildimsə sevindim.Təşəkkürlər.
BəyənBəyən
Reblogged this on Ramaşın Mətbəxi.
BəyənBəyən