Kruasan

josefs-french-croissants.jpg

Bu gün  Fransa mətbəxinin unudulmaz dadı olan Kruasan reseptini sizlərlə paylaşıram. Əziz , xanımlar bu şirniyyatın hazırlanması bir az vaxtınızı aparacaq ( bir az-  yəni bir xeyli 😉 Lakin dadına baxdıqdan sonra bir daha hazırlamaq istəyəcəksiniz.Təbii ki , düzgün hazırlayıb ləzzətli dadı əldə etmisinizsə : ) Inanıram  ki , bacaracaqsınız .Biz xanımlar hər şeyə qadirik . Hazırlayıb paylaşmaqı da unutmayın . Reseptlər məndən, hazırlayıb paylaşmaq sizdən : )

Ərzaqlar

170 qr şəkər tozu

2 ədəd yumurta

100 qr duru yağ

30 qr maya

1 kq un

17 qr duz

15 qr vanil

Aparana qədər su

Yaymaq üçün 500 qr marqarin

Üzəri üçün

3-4 dəd yumurta sarısı

Içlik üçün

zövqə görə – şokolad yağı

qatılaşdırılmış  qaynadılmış süd

giləmeyvə cemi  və alma cemi

Hazırlanma qaydası

  1. Undan və marqarindən başqa ərzaqların hamısını qabda yaxşıca qarışdırırıq.
  2. Unu yavaş- yavaş əlavə edib xəmiri yoğururuq.Xəmir orta yumşaqlıqda olmalıdır.Həddindən artıq çox yoğrulmamalıdır.
  3. 30 dəq mayalandırırıq.
  4. Alınan xəmiri 2 kündəyə bölürük. Hər kündəni bir az yayırıq.
  5. Yaydığımız kündələrin hər birinin üzərinə 230 -250 qr arası marqarin (yağ orta yumşaqlıqda olmalıdır.) Xəmiri  zərf  kimi yağın üzərinə qatlayırıq.croissant-quattro.jpg
  6. Qatladığımız ( içərisində yağ olan)  xəmirləri yaymağa başlayırıq.
  7. Sellofana büküb 10 dəq soyuducuda gözlədirik.
  8. Bu proses 3 dəfə təkrarlanır. ( Yəni soyuducudan çıxardırıq üst –üstə qatlayıb yayırıq və yenidən soyuducuda gözlədirik. )
  9. Son dəfə  ( yəni 3cü dəfə ) yayıb soyuducunun buzxana hissəsində 2 saat gözlədirik.
  10. Yaydığımız hazır kündələri buzluqdan çıxardıb yayırıq.
  11. Hər bir kündədən 12 ədəd krurasan alınır.
  12. Kündəni düzbucaqlı formada yayırıq. Nə çox qalın yaymırıq ,nə də çox nazik.
  13. Alınan düzbucaqlı formadakı xəmiri uzununa 2 hissəyə bölürük.french-croissants-09
  14. Bunları da bıçaqla şəkildəki üçbucaq formasında kəsirik.
  15. Hər bir üçbucaqlı xəmirin üzərinə 1 çay qaşığı içlik ( cem və ya şokolad və s.) qoyub bükürük.IMG_3795-1.jpg
  16. Qaba düzürük üzərini sellofanla örtüb soyuq olmayan yerdə mayalandırırıq.( 30-45 dəq)Croissant-Collage.jpg
  17. Sonra üzərinə yumurta sarısı çəkirik.
  18. 170 C dərəcəli əvvəlcədən qızdırılmış sobada 15-20 dəq ( üzəri qızaranadək ) bişiririk.
  19. Bişib soyuduqdan sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz.
  20. (Bu kruasanları içliksiz də hazırlamaq olar.)
  21. Nuş olsun hər kəsə : )IMG_8780.jpg

 

 

Advertisements

3 thoughts on “Kruasan

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma