Cemli qurabiyə

 

318980c2kalp-kurabiye

Ərzaqlar

200 gr marqarin

1 su stəkanı  şəkər kirşanı

1 ədəd yumurta

1 paket qabartma tozu

1 paket vanilin

3,5  su  stəkanı un

cem və ya şokolad yağı

Hazırlanma qaydası 

 1.Otaq temperaturundakı marqarini və digər ərzaqları bir qaba əlavə edib yumşaq xəmir hazırlayırıq.

2. 10 dəqiqə xəmiri gözlədirik. Sonra 3-5 mm qalınlığında yayırıq. Asand yaymaq üçün qurabiyə xəmirinin üzərinə sellofan material səririk və yaymağa başlayırıq. Bu cür yaydıqda səliqəli qurabiyələr alınır.

3. İstədiyimiz formada qəliblərlə kəsirik. Alt hissəni bütöv yumru kəsirik , üst hissəni isə dairə formasında kəsirik və ortasını hər hansı kiçik qəlibə kəsirik. Mən ulduz formasında qəliblə kəsmişəm.

4. Qabı azca yağlayırıq və hazırladığımız qurabiyələri bura düzürük.Əvvəlcədən qızdırılmış  170 C dərəcəli sobada 20 dəq bişiririk.

5. Qurabiyələr bişdikdən sonra bütöv olan qurabiyələrin üzərinə istədiyiniz cemi  ( mən alma cemi istifadə etdim dadlı olur.) və ya şokolad yağını sürtürük və ortası  qəliblə kəsilmiş qurabiyəni bunun üzərinə yapışdırırıq. Bir az gözlədirik ki, cemin dadı qurabiyə ilə birləşsin . Sonra dadına baxa bilərsiniz : )

Nuş olsun!

PhotoGrid_1396126623236hqdefault.jpg

 

 

Advertisements

9 thoughts on “Cemli qurabiyə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma