Soçi paxlavası

qULTTXlCLV0

Bu günə həm asand hazırlanan, həm də çox dadlı paxlavamız var. Bu paxlava bir çox adda tanınır. Soçi piroqu, Soçi paxlavası, asand paxlava və s. Monotonluqdan bezənlər üçün fərqli reseptdir .Forması milli paxlavamıza bənzəsə də dadı fərqlidir. Çərşənbələrdə , müxtəlif bayramlarda hazırlaya bilərsiniz. Çox vaxt aparmır.

Ərzaqlar

Xəmir üçün

800 qr un

400 qr  kərə yağı və ya marqarin 

4 yumurta sarısı

5 qr qabartma tozu 

2 qutu xama (350 qr)

5 qr vanilin

 

İçlik üçün 
700 qr qoz

100 qr kişmiş

200 qr beze

Hazırlanma qaydası

1.Qeyd olunan miqdarda ərzaqları qaba əlavə edib xəmir hazırlayırıq. Yağ otaq temperaturunda olmalıdır.

2.İçlik hazırlayırıq. İçliyə əlavə edəcəyimiz qozu çox xırdalamırıq. Yəni öz milli paxlavamızdakı kimi olmur. İri olmalıdır .

3.Bezeni hazırlamaq üçün 100 qr yumurta ağına 200 qr şəkər tozu əlavə edirik və tam ağarıb köpənə qədər mikserlə çalırıq.Alınan bezeyə qoz və kişmişi əlavə edib qarışdırırıq.

4. Alınan xəmiri 3 hissəyə bölürük.Paxlavamız 3 qatdan ibarət olacaq.Alt və üst qatları eyni ölçüdə ayırırıq. Orta hissə isə nisbətən ( təqribi 100 qr ) az ölçüdə götürülür.

5.Qaba əvvəlcə alt hissəsini yayırıq.Üzərinə içlik ələvə edirik.Sonra orta qatı üzərinə yayırıq. Yenə içlik əlavə edib üst qatı içliyin üzərinə yayırıq.Əlimizlə səliqəli yayırıq.

6.Sonra üzərinə yumurta sarısı çəkirik. İti bıçaqla istədiyiniz formada istər romb, istərsə də kvadrat şəkildə doğrayırıq. (üzərinə qoz ləpəsi də düzə bilərsiniz )

7.180 C dərəcədə 30-35 dəq ( üzəri qızaranadək ) bişirin.Nuş olsun !

sochi5.jpg

 

Advertisements

3 thoughts on “Soçi paxlavası

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma