Sadə muffin

image

İllərdir öz favoriliyini itirməyən  bu sadə “muffin” ləri demək olar ki, hər kəs sevir.Ətirli çaylarımızın ortağı bu sadə keksləri hazırlamaq çox asanddır.Həm  dadlı, həm yumşaq , həm də çox qabarmış muffinlər hazırlamaq üçün bəzi diqqət edecəyiniz məqamlar var. Yazdıqlarımın hər birinə əməl etsəniz istədiyiniz dadı və görüntünü əldə edəcəksiniz.

Ərzaqlar

250 qr un ( 8 xörək qaşığı )
150 qr şəkər tozu ( 1 su stəkanı )
2 yumurta
3 çay qaşığı qabartma tozu
100 ml bitki yağı
150 ml qatıq ( 1 su stəkanı )
1 paket vanilin
muffin keks qəlibləri
muffin keks kağızları

Hazırlanma qaydası

1.Yaxşı qabarmağını istəyirsinizsə hər bir ərzaq otaq temperaturunda olmalıdır. Hazırlamamışdan qabaq ərzaqları soyuducudan çıxardıb gözlədin.

2. Əvvəlcə yumurtanı mikserlə çalırıq , sonra şəkəri  əlavə edirik. Ağarana qədər mikserlə  5-10 dəq qarışdırırıq.

3. Ardınca maye halında olan ərzaqları (qatığı, yağı ) əlavə edirik və yenə mikserlə 1-2 dəq qarışdırırıq.

4.Ayrı bir qabda unu ,qabartma tozunu və vanilini ələyib  bir birinə qarışdırırıq.

5. Bu qarışığı yavaş -yavaş maye halda olan kütlənin üzərinə əlavə edərək qaşıqla ( mikser istifadə etsəniz kekslər qabarmaz ) qarışdırırıq.

6. Qarışığı kağız düzülmüş muffin qəliblərinə tökürük. Qəlibin ölçüsü hər kəsdə fərqli ola bilər.Ona görə de ele tökün ki, bişdikcə çox kənara daşmasın. Qabarmağını nəzərə alaraq tökün.

image

7. Əvvəlcədən qızdırılmış 180 C dərəcəli sobada üzəri azca qızaranadək 20 dəq bişirin. Sizin sobanızın bişirmə vaxtı fərqli ola bilər . Ona görə də diqqət edin ki, içi çiy qalmasın.

8. Bişdikdən sonra sobadan çıxardıb tam soyumasını gözləyirik. Soyuduqdan sonra isə üzərinə şəkər kirşanı səpib servis edə bilərsiniz. Nuş olsun hamıya : )

image

3 thoughts on “Sadə muffin

Bir şərh yazın