Rafaello

image

Əziz ,xanimlar, bu gün sizlərə çox sevilən dadlı Rafaello reseptini paylaşacam. Qiyməti çox da ucuz olmayan bu konfetləri evdə hazırlayaraq ailə büdcənizə qənaət edə bilərsiniz. İnanıram ki, bəyənəcəksiniz.

Ərzaqlar

100 qr şəkər tozu
100 qr su
130 qr kərə yağı
350 qr qatılaşdırılmış süd
250 qr quru süd
600 qr kokos
içlik üçün qabığı təmizlənmiş ağ fındıq

Hazırlanma qaydası

1.Qeyd olunan miqdarda suyu və şəkəri qaynamağa qoyuruq.Qaynadib bir az soyutduqdan sonra yağı əlavə edirik və yağ tam əriyənədək qarışdırırıq. Sonra bu qarışığa qatılaşdırılmış südü, quru südü və kokosun 500 qr-nı  əlavə edib yaxşıca yoğururuq. ( Qalan 100 qr kokosu üzəri üçün istifadə edəcəyik.)

2. Yoğurduqdan sonra alınan xəmiri xırda  -xırda yumrulayırıq , içərisinə fındıq qoyuruq və ardınca  hər tərəfini əvvəlcədən ayırdığımız kokosa batırırıq.

2. Hazır olan rafaelloları bir neçə saat  soyuducuda saxlayırıq . Ağzınız şirin olsun : )

image

Advertisements

5 thoughts on “Rafaello

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma