Meyvə

994518463572

 

Sevdiyimiz dadlı meyvələri şirniyyat olaraq dadmısınız ?! Yumşaq , gec boyatlayan , çox dadlı meyvələrin dadı damağınızdan getməyəcək.Bu reseptdəki xəmiri istənilən meyvə formalarına salaraq hazırlaya bilərsiniz. Sizin zövqünüzdən asılıdır. Müxtəlif rənglərdə hazırlaya biləcəyiniz bu şirin meyvələr süfrənizə də rəng qatacaq. Rənglənməsi sizə çətin gələ bilər ,lakin  nəticəni görəndə peşman olmayacaqsınız . Süfrənizdə olan  bu cür rəngli və çox dadlı meyvələr əhval -ruhiyyənizi artıraraq sizə müsbət enerji verəcək. Hazırlamağa dəyər 🙂

 

Ərzaqlar

1 kq un

2 yumurta

150 qr kərə yağı

200 qr şəkər tozu

150 ml süd

30 qr maya

5 qr duz

qatılaşdırılmış süd və ya cem

 

Hazırlanma qaydası

  1. Qeyd olunan miqdarda şəkər tozu və duzu  yağla qarışdırırıq.Sonra undan və mayadan  başqa digər ərzaqları əlavə edərək yaxşıca qarışdırırıq. Mayanı əvvəlcədən ayrı bir qabda azca ilıq suda həll edərək  hazırladığımız qarışığa əlavə edirik. Unu yavaş – yavaş əlavə edərək qarışdırırıq.
  2. Alınan xəmiri istənilən meyvə  formalarına salırıq və üzərini örtərək mayalanmağa qoyuruq.
  3. Mayalandıqdan sonra əvvəlcədən qızdırılmış 180 C dərəcəli sobada 13-15 dəq bişiririk.Tam soyuduqdan sonra qatılaşdırılmış süd və ya cem ilə armudun və ya şaftalının hər iki hissəsini bir -birinə yapışdırırıq.
  4. Şaftalıları rəngləmək üçün  2 ayrı qabda otaq temperaturunda olan  su götürüb birinə sarı rəng digərinə isə çəhrayı rəng əlavə edirik.Hazırladığımız şaftalıların yarı hissəsini sarı rəngə , yarı hissəsini də çəhrayı rəngə batırıb ardınca şəkər tozuna batırırıq.Sonra isə  meyvənin yuxarı hissəsinə zeytun ya da nanə yarpaqı taxırıq. ( Armud da eyni üsulla hazırlanır .Tək fərq isə rəngləridir.Şaftalıdan fərqli olaraq suya  yaşıl və sarı rəng əlavə edirik. )
  5. Meyvələr hazırdır. Nuş olsun !saftali.jpg

 

 

 

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma