Macaron ( Fransız makaronu )

macarons-stack.jpg

Fransanın məşhur makaronunu evde hazırlamağa cəhd etmisiniz ? Məncə bu resepti sınamağa dəyər. Bir -birindən rəngarəng və ya sadə makaronlar hazırlamaq istəyənlər , bu resept tam sizə uyğundur . Dadlı və səliqəli görünüşlü makaronlar əldə etmək istəyirsinizsə  ərzaqların çəkisini reseptə uyğun əlavə edin. Ən cüzi səhvdə əməyiniz boşa çıxa bilər. Bunun üçün mətbəxt tərəzisindən istifadə etməyinizi məsləhət görürəm.

Ərzaqlar 

80 qr yumurta ağı 

160 qr şəkər tozu 

140 qr badam unu

50 qr şəkər kirşanı

50 qr qaymaq  ( mağazada satılan duzsuz sadə qaymaq) 

100 qr ağ şokolad və ya qatılaşdırılmış süd 

 

Hazırlanma qaydası

Əvvəlcə kremi hazırlamalıyıq. Çünki krem hazırlanıb soyudulmalıdır. Bunun üçün qeyd olunan miqdarda qaymağı qaynadırıq ( qarışdıraraq ) və içərisinə şokoladı əlavə edib qarışdırırıq. Sonra  istəyə görə  rəng  əlavə edərək qarışdırıb soyumağa qoyuruq və keçirik  makaronların qurabiyə hissəsinin hazırlanmasına. Yumurta ağını və şəkər tozunu  yaxşıca qatılaşana qədər 10 dəqiqə mikserlə çalırıq. Daha sonra badam unu ilə şəkər kirşanını ayrıca qabda  qarışdırıb mikserlə   çaldığımız yumurta ağının üzərinə əlavə edirik. Lakin bu dəfə miksersiz ,  yavaş -yavaş qarışdırmağa başlayırıq. Kreminə əlavə etdiyiniz rəngdən bu qarışığa da əlavə edib rəngləndirə bilərsiniz. Alınan kütləni krem torbasına yığaraq kiçik dairələr  şəklində yağlı kağız qoyulmuş sobanın  qabına tökürük. Sonra isə makaronlarda əmələ gələn hava qabarcıqlarını yox etmək üçün qabı əlimizdə tutub stola vururuq. Çünki hava qabarcıqları ilə birgə sobaya versək makaronların həcmi olduğu kimi qalar .  Bundan sonra sobaya vermək olar. Əvvəlcədən qızdırılmış 125 C dərəcəli sobada 15 dəqiqə bişirilməlidir.

Makaronları sobadan çıxardıqdan bir az sonra ehtiyyatla yağlı kağızdan ayırırıq və tam soyumasını gözləyirik. Soyuduqdan sonra qurabiyələrin arasına hazırladığımız kremdən çəkib üst – üstə yapışdırırıq. Makaronlar hazırdır . Nuş olsun !

IMG_1156.jpgIMG_6749_72.jpgOriginal_Heather-Baird-SprinkleBakes-Tiffany-blue-macaron-dough-8_s4x3.jpg.rend.hgtvcom.616.462.jpeg

delicious pastel macarons mint macarons for party pastel party ideas easy homemade macaron-f49821

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma