Romaşka

cay-saati-papatya-kurabiye

Ərzaqlar 

250 qr yağ ( margarin )

1 st şəkər kirşanı

1 ç\q qabartma tozu 

1 paket vanilin

3 x\q kakao 

Aparana qədər un

 

Hazırlanma qaydası

Əvvəlcə otaq temperaturunda olan yağı şəkər kirşanı ilə qarışdırırıq. Sonra kakaodan başqa digər ərzaqların hamısını əlavə edərək yoğurub yumşaq xəmir əldə edirik. Alınan xəmir ikiyə bölünür , yarısına kakao əlavə edilir, yaxşıca yoğrulur. Daha sonra ağ və kakaolu xəmirlərin hər ikisini xırda hissələrə bölərək yumrulayırıq. Alınan yuvarlaq xəmirləri gül şəklində yagsız qaba düzürük. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 10-15 deq  bişiririk. Nuş olsun !

Diqqət edilməli : Çox bişirilməməli və sobadan çıxan kimi qabdan götürülməlidir.

 

 

Hər kəsə salam :) Bu mənim ilk blogum və ilk yazımdır. Bu vaxta qədər bir çox blog izləyirdim və hələ də izləyirəm.Nəhayət ki, öz blogum hazırdır .Bu blogda hələki müxtəlif cür şirniyyat reseptləri yer alacaq. Əgər gələcəkdə yemək reseptləri də istənilsə nəzərə alacam. Paylaşdığım reseptlərlə kiməsə bir xeyrim olacaqsa çox sevinərəm. Həyat paylaşmaqla gözəldir. Siz də bu reseptləri hazırlayıb yaxınlarınızla bölüşün. Birlikdə ləzzətin zirvəsinə çatın.Paylaşdıqca azalan şirniyyatınız artan xoşbəxtliyə yol açacaq…. Seçim sizindir :)